RU
Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib
11:00
16

Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.
Bu barədə ABŞ-ın keçmiş prezidenti "Fox News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar alır.

Tramp həmçinin bəzi ştatlarda, xüsusən də Şimali Karolinada təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin rəftarından narazılığını ifadə edib:

"Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu dəhşətli vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç nəyi qalmamışdı”.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ