7NEWS.az xəbər verir ki, ABŞ-ın köklü "Washington Post” (WP) qəzetinin seçkilərlə bağlı verdiyi qərar mübahisələrə səbəb olub. Demokratlara yaxınlığı ilə tanınan WP 36 ildən sonra heç bir namizədi dəstəkləməyəcəyini açıqlayıb. Qərardan sonra Amazon-un qurucusu və qəzetin sahibi Bezosun Trampla gizli razılaşma əldə etdiyi iddia edilib. Bezosun Trampa üstüörtülü dəstək verdiyinə dair şərhlər edilib. Qəzet tənqid hədəfinə çevrilərkən 200 min insan abunəliyini ləğv edib.








