ABŞ-ın 45-ci prezidenti Donald Tramp yeni fərman imzalayıb.
Trampın yeni fərmanına əsasən Amerikada cinayətkarlıqla mübarizə üçün xüsusi qrup yaradılacaq. Həmin qrupda Amerika Ədalət Nazirliyinin işçiləri, hüquqşunaslar və polis əməkdaşları şalışacaqlar. Qrupun yaradılmasında ABŞ-da cinayətlərin azadılması, daxili cinayətkarlıqla mübarizə və cinayətkarların tutulması məqsədi daşıyır.
Qrup üzvləri ölkədə yalan informasiyalar yayan təşkilatlara da müdaxilələr edə biləcəklər. Bundan başqa, qrup üzvləri ABŞ qanunlarında mövcud boşluqları tapıb, çatışmayan amilləri üzə çıxartmaqla da məşğul olacaqlar. Eyni zamanda, Amerikada uzun müddət açılmamış cinayətlərin araşdırılmasında, qanundan yayınan cinayətkarların ifşa olunmasında qrup mütəxəsisləri iştirak edəcəklər.
Yaradılacaq yeni qrup təkcə ölkə başçısı Trampa tabe olacaq və ona hesabat verəcək./olke.az
7news.Az








