RU
Trampın baş strateqi ABŞ-Çin müharibəsinin vaxtını dedi
20:00
374

Trampın baş strateqi ABŞ-Çin müharibəsinin vaxtını dedi

Bir neçə gün əvvəl rəsmən vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın baş strateqi Stefen Bannonun 9 ay əvvəl verdiyi açıqlama üzə çıxıb. 

"The Guradian” Bannonun həmin vaxt bir radioya verdiyi müsahibəsini dərc edib və hazırda Trampın baş strateqi olan şəxsin həmin vaxt Çini düşmən gördüklərini dediyini üzə çıxardıb.

S.Bannon bildirib ki, ABŞ-la Çin arasındakı gərginlik sürətlə artır və Cənubi Çin dənizindəki adalarla bağlı münaqişə tezliklə qızışa bilər. O, ABŞ-Çin müharibəsinin yaxın 5-10 il içində başlaya biləcəyini əlavə edib.

Qeyd edək ki, Çinin yüksək rütbəli hərbçilərindən biri bir neçə gün əvvəl ABŞ-la müharibənin yüksək bir ehtimalla baş verə biləcəyini və bunun praktik olaraq mümkün olduğunu demişdi. /lent

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ