RU
Trampın qadağasını pozan ilk insan oldu - ABŞ məhkəməsi də onu dəstəklədi
15:16
598

Trampın qadağasını pozan ilk insan oldu - ABŞ məhkəməsi də onu dəstəklədi

ABŞ prezidenti Donald Trampın imzaladığı fərman çərçivəsində hava limanından geri göndərilən iranlı şəxs məhkəmənin qərarı ilə Los-Ancelosa geri dönə bilib.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, 7 müsəlman ölkəsi vətəndaşının bu ölkəyə girişinə qadağa qoyan qanuna uyğun olaraq ABŞ-a daxil ola bilməyən Əli Vayeghanın haqlarını Los-Ancelos məhkəməsi tanıyıb.

Federal hakim iranlının Amerikaya girişində maneə olmadığına qərar verib və prezidentin Vayeghan fərmanının əksinə olaraq ölkəyə daxil ola bilən ilk şəxs olub.

Vayeghan hava limanında Los-Ancelosun bələdiyyə sədri, qohumları, vəkillər və fəallar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, İran vətəndaşı ABŞ-a oğlunu görmək üçün getmişdi.

Xatırladaq ki, Trampın imzaladığı fərmanla 7 müsəlman ölkəsi, o cümlədən İran vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyətlər qoyulub. 
 
7news.Az

Trampın qadağasını pozan ilk insan oldu - ABŞ məhkəməsi də onu dəstəklədi
Trampın qadağasını pozan ilk insan oldu - ABŞ məhkəməsi də onu dəstəklədi
Trampın qadağasını pozan ilk insan oldu - ABŞ məhkəməsi də onu dəstəklədi
Trampın qadağasını pozan ilk insan oldu - ABŞ məhkəməsi də onu dəstəklədi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ