7NEWS.az xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, Demokratların namizədi Kamala Harrisin kampaniyası seçki prosesində rekord səviyyədə ianə toplasa da, dövrü ən azı 20 milyon dollar borcla bağladı. Seçkilərdə böyük qələbə qazanan Donald Tramp Harris kampaniyasının son vəziyyətini ələ salıb. Sosial mediada paylaşım edən Tramp, "2020-ci il prezident seçkilərində əzmlə və cəsarətlə mübarizə aparan və rekord məbləğdə pul toplayan Demokratların çox pulunun qalmaması məni çox təəccübləndirdi” deyib.








