RU
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib
12:56
29

Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib

Dövlət Turizm Agentliyi (DTA) bir gündə iki tenderinin nəticəsini açıqlayıb.

Bu prosesdə diqqəti çəkən əsas məqam hər iki müsabiqənin qalibinin eyni şirkət olmasıdır.

Belə ki, həmin tenderlərdən birinə əsasən DTA Azərbaycana Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələrini gətirəcək. Onlar üçün tanışlıq səfərlərinin təşkili və müxtəlif ölkələrin iştiraki ilə keçiriləcək işgüzar tədbirlərlə bağlı xidmətlərin satın alacaq. "VATA” MMC-nin qalibi olduğu prosesə görə, Agentlik 270 min 953 manat ödəyəcək.

İkinci tender isə DTA tərəfindən "Şuşa 2026 – İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı” çərçivəsində qastronomiya tədbirinin keçirilməsi xidmətlərinin satın alınmasını əhatə edir. Bu prosesin də qalibi "VATA” MMC olub. Bu işlərə görə isə şirkətə 245 min 32 manat ödəniş ediləcək.

Açıq mənbələrdə qeyd edilir ki, ötən il DTA "VATA” MMC-yə 7 belə tender verib. Görəsən, Agentliklə sözügedən şirkətin belə rahat anlaşmasının səbəbi nədir?/tribuna

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ