>
RU
lombard
Türk Şurasının adı dəyişdiriləcək, Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq
22:00
513

Türk Şurasının adı dəyişdiriləcək, Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə Görüşündə sədrlik Türkiyəyə keçəcək.

7NEWS.Az-ın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə AKP sədrinin müavini Binəli Yıldırım Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Dövlət Universitetində 2021-2022 tədris ilinin açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, növbəti Zirvə görüşündə Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq.

"Beləliklə 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək "Türk Dövlətləri Təşkilatı” olacaq. Macarıstan başda olmaqla müşahidəçi üzv olmaq istəyən 15 ölkə isə növbədə gözləyir”, - deyə o qeyd edib.

Xatırladaq ki, Türkmənistan Türk Şurasına müşahidəçi üzvdür.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ