Türk tarixini dəyişə biləcək daha bir kəşf Qazaxıstanda edilib.
7NEWS.az xəbər verir ki, şərqi Qazaxıstanda sosial kompleks və Qərbi Göktürk dövrünə aid yeni əsərlər aşkar edilib. 2021-ci ildə aparılan qazıntılar zamanı Eleke Sazı Kağan kompleksindəki kurqan sahəsindən Göktürk soyuna mənsub olan və Suyabda türk kağanı adından On-Ok vilayətini idarə etmək təyin edilmiş Tiginin şəxsi əşyaları tapılıb. Bu əşyalar arasında tarixdə ilk dəfə olaraq Göktürk xaqanının təsviri tapılıb. Kompleksin quruluş və formaca oxşarlığı onun II Göktürk Dövləti dövründə tikilmiş ola biləcəyini göstərir.
7NEWS.az








