Türkiyənin milli hava daşıyıcısı "Türk Hava Yolları” sabahdan etibarən Rusiyaya uçuşları tam həcmdə bərpa edəcək.
Bu barədə "RİA Novosti”yə aviaşirkətin sözçüsü bildirib.
"Rusiya rəsmi orqanlarının qərarına uyğun olaraq, Rusiyaya gediş-gəliş qadağası 22 iyun saat 00.00-dan (Moskva vaxtı ilə) ləğv ediləcək. O vaxtdan etibarən uçuş cədvəlimizi tam olaraq bərpa edirik”, - deyə sözçü qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Türkiyə ilə aviaəlaqənin 22 iyundan etibarən bərpa olunacağını açıqlayıb.
7NEWS.Az








