RU
Türkiyə
19:00
186

Türkiyə "Astana formatı" ölkələrini “Pençe - Kılıç” əməliyyatı barədə məlumatlandırıb

Astanada Suriya üzrə "Astana formatı"nda yüksək səviyyəli görüş keçirilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirliyin bəyanatında qeyd olunub ki, görüşdə Türkiyə tərəfi Suriya ərazisində həyata keçirdiyi "Pençe - Kılıç” antiterror əməliyyatı barədə Rusiya və İran nümayəndələrinə məlumat verib.

Görüşün nəticələrinə dair Birgə Bəyanat qəbul olunub.

Sənəddə tərəflərin Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini, Suriya probleminin sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolunu və qonşu dövlətlərin milli təhlükəsizliyini təhdid edən separatçı addımlara qarşı qətiyyətli olduqlarını vurğuladıqları bildirilir.

Bundan əlavə, tərəflər Suriyada terror təşkilatlarının varlığının müxtəlif adlar və qollar qismində artması və onların hücumlarını pisləyiblər.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ