RU
Türkiyə Danimarkaya nota verib
21:00
1040

Türkiyə Danimarkaya nota verib

Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

7News.Az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, buna səbəb Danimarkada Qurani-Kərimə qarşı təhqir xarakterli hərəkətlərə yol verilməsidir.

Türkiyə XİN-də danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib.

Xatırladaq ki, daha əvvəl İsveç və Niderlandda Qurani-Kərim yandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ