Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter” səhifəsində yerli müdafiə sənayesinin istehsalı olan "Atmaca” gəmi əleyhinə raketin sınaqlarının uğurla başa çatdığını bildirib.
"Vətənimizin polad qılıncı, gəmi əleyhinə raket "Atmaca” hərbi arsenala daxil olunmasından əvvəl bu gün son sınağı zamanı ilk dəfə gəmi şəklində hədəfi tam dəqiqliklə vurdu. Silahlı Qüvvələrimizə və Donanmamıza xeyirli, uğurlu olsun”, - yazaraq, dövlət başçısı qeyd edib.
Türkiyə Prezidenti həmçinin raketin müvəffəqiyyətli sınağını əks etdirən videonu da paylaşıb.








