Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ölkə hərbçilərinin Əfqanıstandan təxliyyəsi prosesinin müddəti barədə məlumat verib.
Bu barədə o, NTV telekanalında gündəmə dair sualları cavablandırarkən danışıb.
Kalın Türkiyə hərbçilərinin bölgədən təxliyyəsinin 24-36 saat içində başa çatdırılacağını bildirib.
O, bundan sonra da ölkəsinin Əfqanıstana hər sahədə dəstək göstərməyə hazır olduğunu əlavə edib.
7NEWS.Az








