RU
Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxsini məhv edib
12:20
62

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxsini məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.

Əməliyyat İraqın şimalındakı Gara bölgəsində aparılıb.

Nəticədə PKK-nın "qadın təşkilatının rəhbəri” Norşin Afrin və daha 4 terrorçu zərərsizləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ