Türkiyə ordusu Suriyada aparılan "Firat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab rayonunda aviazərbələr və döyüşlər nəticəsində gün ərzində 51 terrorçunu zərərsizləşdirib.
7news.Az "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Baş qərargah İdarəsinin məlumatında bildirilir ki, həmçinin İŞİD terror qruplaşmasının 4 əmiri öldürülüb, 56 bina və 3 qərargah dağıdılıb.
7news.Az








