RU
Türkiyə ordusu PKK terrorçularını məhv edib
12:15
509

Türkiyə ordusu PKK terrorçularını məhv edib

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terrorçularını zərərsizləşdirib.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında "Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib.

Nazirlik terrorçulara qarşı qətiyyətli əməliyyatın davam etdiyini bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ