RU
Türkiyə ordusuna AĞIR İTKİ: 7 şəhid, 2 yaralı – Genişmiqyaslı HÜCUM BAŞLADI
12:47
314

Türkiyə ordusuna AĞIR İTKİ: 7 şəhid, 2 yaralı – Genişmiqyaslı HÜCUM BAŞLADI

Ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən 5 əsgərdən 3-nün həyatını xilas etmək mümkün olmayıb.

2 yaralının müalicəsi davam edir.

***

Türkiyənin Batman vilayətinin Gercüş mahalında PKK terrorçuları zirehli hərbi avtobilin keçdiyi vaxt yola yerləşdirdiyi partlayıcını işə salıb.

Hadisə nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb.

Hadisə bu gün səhər saat 06:00 radələrində baş verib.

Hücumdan sonra qaçan terrorçuları zərərsizləşdirmək üçün bölgədə hava güclərinin dəstəyi ilə genişmiqyaslı əməliyyat başlayıb.
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ