Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə hökumətini sərt tənqid edib.
7News.Az xəbər verir ki, Zaxarova “İzvestiya” qəzetinə müsahibəsində indi türk hökumətini “Osmanlı İmperatorluğunun hansısa keçmiş gücünü bərpa etməkdə” ittiham edib:
“Türkiyə ilə bağlı nə deyə bilərəm? Biz uzun müddət dözdük. Türkiyə hökumətinin Krım konteksində və Suriya münaqişəsinin nizama salınmasındakı apardığı siyasəti yaxşı bilirdik. Biz əlimizdən gələni etdik ki, Türkiyə ilə aramızdakı fikir ayrılıqlarını danışıqlar masasında həll edək, kəsişmə nöqtəsi, hansısa kompromis həll tapaq. Təəssüflər olsun ki, hər şey indiki Türkiyə hökumətindən asılıdır.
Elə təəssürat yaranır ki, o, Osmanlı İmperatorluğunun hansısa keçmiş gücünü bərpa etmək istəyir. Bütün hallarda, onun müasir siyasətinin bütün komponentləri bu mənzərəni yaradır. Osmanlı imperatorluğunun sonunun nə ilə bitdiyi isə hamıya məlumdur”.








