RU
Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib: “Bəzi yunan rəsmiləri hədlərini aşırlar”
12:00
263

Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib: “Bəzi yunan rəsmiləri hədlərini aşırlar”

"Yunanıstanda bir neçə adam dinc dayanmır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə Yunanıstanla dinc qonşuluq münasibətlərində maraqlıdır.

"Amma bəzi yunan rəsmiləri hədlərini aşırlar. Başa düşmək lazımdır ki, adaları silahlandırmaq mənasızdır”, - R.T.Ərdoğan söyləyib.

Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ