28 il bundan əvvəl Bakıda tarixin ən qanlı faciələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq keçib. Biz bu acını ürəyimizdə hiss edirik.
7News.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər:
"O tarixdən etibarən, 20 Yanvar tarixə qara gün kimi düşüb. Bu, böyük faciədir və onun ağrı-acısını hər zaman qəlbimizdə yaşayırıq.
20 Yanvar şəhidləri öz inam və əqidələri uğrunda canlarından keçərək, Azərbaycanın istiqlal yolunu açdılar. Əsas borcumuz, vəzifəmiz onların xatirəsini daim uca tutmaq, həmin faciənin bir daha təkrar olunmamasına çalışmaqdır. Ancaq bu faciə bizim durumumuza təsir göstərməməlidir, düşmənlərimiz qarşısında hər zaman güclü olmayılıq”.
7News.Az








