Türkiyə-Suriya sərhədində neft tapılıb.
Bu barədə Türkiyə Neft Şirkəti (TPAO) məlumat yayıb.
"Mardinin Nusaybin vilayətinin 32 kilometr şərqində yerləşən "Günyurdu-1” quyusundakı işin nəticəsində neft aşkarlandı. Milli enerjidə güclü Türkiyə!”, - TPAO-nun Tvitter hesabında yeni kəşflə bağlı yazılıb.








