Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Suriyanın Cerablus şəhərində yerləşən İŞİD mövqelərinə hava zərbələri endirib.
Təşkil edilən əməliyyatlar nəticəsində 11 İŞİD-çi öldürülüb.
Məlumata görə, terrorçulara aid sığınacaqlar, silah-sursat anbarı da məhv edilib.
Qeyd edək ki, bir müddətdir İŞİD qruplaşması sözügedən ərazidən Türkiyənin Qaziantep şəhərinin Karkamış mahalını atəşə tuturdu./qaynarinfo
7news.Az








