RU
Türkiyə tarixində İLK - Rekord çəkidə kokain ələ keçirildi
16:20
623

Türkiyə tarixində İLK - Rekord çəkidə kokain ələ keçirildi

Türkiyənin cənubunda yerləşən Mersin limanında son bir həftə ərzində keçirilən əməliyyat nəticəsində 1 ton 763 kq kokain ələ keçirilib.

7News.Az türk mediasına istinadən xəbər verir ki, məlumatı Türkiyə Ticarət Nazirliyi yayıb.

Qeyd edilib ki, nazirliyin Gömrük Mühafizə Xidmətinin əməkdaşları ötən həftə Mersində Türkiyə tarixində ilk dəfə olaraq 1,3 ton kokain ələ keçirmişdi. Ötən gün isə 463 kiloqram kokain tutulub. Nəticədə bir həftə ərzində 1 ton 763 kq bu narkotik maddə ələ keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ