"Son iki gündə qurudan və havadan başladılan əməliyyatlarda "Avasin Basyan”da üç əsgərimizi şəhid edən 20 terrorçu zərərsizləşdirilib".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Dünən "Avaşin Basyan”da üç qəhrəman əsgərimiz şəhid oldu. MİT ilə birgə başladılan əməliyyatlar nəticəsində bu hücumu həyata keçirənlər də daxil olmaqla, 20 terrorçu zərərsizləşdirilib.
Bu gün ümumilikdə 14 terrorçu zərərsizləşdirilib. Şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq, əməliyyatlarımız qətiyyətlə davam edəcək.
Şəhidlərimizə rəhmət diləyirik, yaralılarımız var, tezliklə sağalmalarını arzulayıram və ailələrinə hörmət və minnətdarlığımı bildirirəm”, - Akar bildirib.
Akar bu ilin əvvəlindən 2619 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.








