Antalyada Türkiyə vətəndaşı rusiyalı arvadını və iki uşağını qətlə yetirib.
7news.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşri Rusiyanın Antalyadakı baş konsulluğunun nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.
Yerli KİV xəbər verir ki, Türkiyə vətəndaşı Muammer Gün oğlu Viktor və qızı Leylanın şirniyyatına pestisit qataraq zəhərləyib, sonra isə Rusiya vətəndaşı olan həyat yoldaşı Annanı güllələyək qətlə yetirib.
Polisə zəngə edərək hadisə barədə məlumat verən Muammer, daha sonra özünü də öldürüb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
7news.Az







