RU
Türkiyə XİN başçısı Srebrenitsa faciəsini yad edib
12:50
131

Türkiyə XİN başçısı Srebrenitsa faciəsini yad edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Srebrenitsa faciəsi ilə bağlı bağsağlığı verib.

O, bu barədə tviter səhifəsində yazıb.

"İnsanlıq tarixinin qara ləkəsi olan Srebrenitsa soyqırımının 27-ci ilində həlak olan bosniyalı qardaşlarımızı rəhmətlə anırıq. Unutmadıq! Unutmayacağıq!”, - o bildirib.

Qeyd edək ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu hadisə tarixə Srebrenitsa faciəsi kimi düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ