RU
 Türkiyə XİN: `Ermənilər Qarabağdan çıxarılmalıdır`
13:22
429

Türkiyə XİN: `Ermənilər Qarabağdan çıxarılmalıdır`

"Qardaş çətin günlərdə bəlli olur. Türkiyədə çevrilişə cəhd zamanı biz bu qardaşlığın şahidi olduq”.

 Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib. 

M.Çavuşoğlu deyib ki, Ermənistanın Azərbaycan torpaqlarınadan çıxması lazımdır: "Biz problemin həlli üçün əlimizdən gələni edirik”.

Türkiyə rəsmisi Məmmədyarovla görüşdə enerji layihələri ilə bağlı müzakirələrin də aparıldığını deyib: "TANAP bizim ortaq layihəmizdir. Biz bunun zamanından tez başa çatdırılmasına çalışırıq. Əvvəlcə Azərbaycan qazı Türkiyəyə, sonra Avropaya ixrac olunacaq”.//azvision
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ