Türkiyə xüsusi xidmət orqanları FETÖ-nün Qırğıstandakı tanınmış simasını, FETÖ məktəblər şəbəkəsinin bu ölkədəki rəhbəri Orxan İnandını saxlayaraq Ankaraya gətirib. Qırğızstan isə buna görə etiraz edib.
Qırğızıstan prezidenti Sadır Japarovun göstərişi əsasında Türkiyənin Qırğızıstandakı səfiri Əhməd Doğan XİN-ə dəvət edilib və nota ona təqdim edilib.
Bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Qırğızıstanın Ankaraya etiraz notası verməsinə səbəb Türkiyə xüsusi xidmət orqanlarının bu ölkədə təhsil müəssisləri şəbəkəsi yaradan Orxan İnandının saxlanılaraq aparılmasıdır.
Bişkek Orxan İnandının Qırğızıstan vətəndaşı olduğunu iddia edərək beynəlxalq hüququn pozulması kimi dəyərləndirərək, saxlanılan şəxsin geri qaytarılmasını tələb edib.
Türkiyənin Bişkekdəki səfiri Əhməd Doğan isə mətbuata açıqlamasında deyib ki, Orxan İnandı Türkiyə vətəndaşıdır və ona qarşı da qanunun tələblərinə uyğun addıma atılıb.
Əldə edilən məlumata görə, Orxan İnandı FETÖ-nun bu ölkədəki dayaqlarından və tanınmış simalarından biri hesab edilir. Digər ölkəlrədən fərqli olaraq FETÖ-nün Qırğızıstanda məktəb şəbəkəsi hələ də fəaliyyət göstərir və bu məktəblər ölkənin hakim dairələri tərəfindən himayə olunur./olke
7NEWS.Az








