RU
Türkiyədə 34 milyon narkotik həb ələ keçirildi
18:00
56

Türkiyədə 34 milyon narkotik həb ələ keçirildi

İstanbulda 34 milyon 270 min narkotik həb ələ keçirilib.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Ali Yerlikaya açıqlama verib.
 
Açıqlamada bildirilib:
 
"Polis tərəfindən narkotik istehsalçılarına və narkotacirlərə qarşı təşkil edilən "NARKOÇELİK-49" əməliyyatlarında 23 ərazidə 1 ton 756 kq narkotik vasitə və 34 milyon 617 min 835 ədəd narkotik həb ələ keçirilib.
 
58 şübhəli narkotik alverçisi ələ keçirilib. Onlardan 4-nə məhkəmə nəzarəti qərarı verilib. Digərlərinin əməliyyatları davam edir".
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ