RU
Türkiyədə 7 avtomobil toqquşub, yaralılar var
15:40
194

Türkiyədə 7 avtomobil toqquşub, yaralılar var

Türkiyənin Sakarya vilayətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Sapanca rayonunda 7 nəqliyyat vasitəsi toqquşub. Belə ki, İstanbul istiqamətində hərəkətdə olan avtobus digər avtobusa çırpılıb, onun arxasınca gələn 2 minik avtomobili, 2 ticarət xidməti göstərən nəqliyyat vasitəsi və bir ağırtonnajlı yük maşını (TIR) toqquşaraq qəza törədiblər.

Avtobuslarda olan sərnişinlərdən 10-u xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ