RU
Türkiyədə 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb
10:19
514

Türkiyədə 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb

Türkiyədə ötən ilki çevriliş cəhdi ilə əlaqədar daha 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb.

 

Hökumətin qərarı ilə işdən azad edilənlərdən 2303 polis əməkdaşı, 546 hərbi qulluqçu, 302  təhsil sistemi işçisi, 3 mindən çoxu isə müxtəlif nazirliklərin işçiləridir.

 

Ümumilikdə 7348 nəfər işdən azad olunub.

 

Xatırladaq ki, 2016-cı il, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib. Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ