Türkiyənin Şanlıurfa bölgəsində 8 aylıq hamilə qadın vəhşicəsinə qətlə yetirilib.
7News.Az xəbər verir ki, polis qadının başının daşla əzilərək öldürüldüyünü təsbit edib. 31 yaşlı Fatma Karacıq 6 uşaq atası Hüseyn Karacıqla üç il əvvəl evlənib. F. Karacıq martın 8-də qəfil yoxa çıxıb. Ötən gecə isə onun meyiti yaşadığı evin 17 km uzaqlığındakı bir tarladan tapılıb. Cəsəd ekspertiza edilməsi üçün morqa göndərilib. Polis qadını amansız şəkildə öldürənlərin axtarışına başlayıb.
7News.Az








