RU
Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var
10:40
34

Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var

Türkiyənin Adıyaman vilayətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Bu barədə 7News.Az yerli mətbuata istinadən xəbər verir.

Hadisə yerinə təcili yardım cəlb olunub, yaralılar ilkin tibbi yardımdan sonra vilayətin xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Hadisənin başvermə səbəbi açıqlanmır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ