RU
Türkiyədə avtobus qəzası: yeddi ölü, 28 yaralı
15:40
369

Türkiyədə avtobus qəzası: yeddi ölü, 28 yaralı

Türkiyənin Afyonkarahisar-Antalya avtomobil yolunun 15 kilometrliyində sərnişin avtobusu su kanalına aşıb. 

7News.Az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı yeddi nəfər ölüb, 28 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb. 

Hadisənin səbəbləri məlum deyil. Avtobusun "Kamil Koç” şirkətinə məxsus olduğu, sürücünün hadisə yerindən qaçdığı bildirilib. 

Faktla bağlı araşdırmalar aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ