RU
Türkiyədə azərbaycanlı qadın saxlanıldı: Qayınatasını döyərək öldürməkdə şübhəli bilinir
10:30
25

Türkiyədə azərbaycanlı qadın saxlanıldı: Qayınatasını döyərək öldürməkdə şübhəli bilinir

Türkiyənin Tokat vilayətində baş verən ailədaxili mübahisə ölümlə nəticələnib.

Hadisə Artova rayonunda qeydə alınıb.

Məlumata görə, Azərbaycan vətəndaşı olan 52 yaşlı K.V. ilə onun 88 yaşlı qayınatası Mustafa Çiçi arasında naməlum səbəbdən mübahisə yaranıb. Qısa müddətdə davaya çevrilən insident zamanı tərəflər arasında fiziki qarşıdurma baş verib.

İddiaya əsasən, Mustafa Çiçi K.V.-nin zərbələrindən sonra yerə yıxılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaşlı kişini xəstəxanaya çatdırsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı istintaq başladılıb. Şübhəli qismində saxlanılan K.V. barəsində məhkəmə prosedurlarının davam etdiyi bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ