Dünəndən bu yana ardıcıl olaraq zəlzələlərin baş verdiyi Çanaqqalada bu səhər 5,2 - 4,3 və 4,6-lıq daha üç zəlzələ meydana gəlib. Qeydə alınan zəlzələlərdən biri canlı verilişdə hiss edilib.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, CNN Türk-ün müxbiri Fulya Öztürkün çadır şəhərciyində bir qadınla reportajı əsnasında hiss edilən zəlzələ anında vətəndaşlar bir anda yerlərindən atılaraq sağa-sola qaçıblar. Çaxnaşmaya qapılıb canlı yayımda ağlamağa başlayan yaşlı qadını isə müxbir sakitləşdirməyə çalışıb.
İki gündür davam edən zəlzələlər səbəbindən evlərinə girə bilməyən minlərlə sakin narahatlıq içində gözləyirlər.//Milli.Az
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










