RU
Türkiyədə daha 157 nəfər koronavirusdan vəfat edib
23:27
128

Türkiyədə daha 157 nəfər koronavirusdan vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər dünyasını dəyişib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazir qeyd edib ki, Türkiyədə COVID-19-un omicron variantı digər variantlardan daha sürətlə yayılmaqdadır.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 362 535 nəfərin test edildiyi, 26 099 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 024 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 129 332 845 peyvənd tətbiq edilib ki, bunun 91,55 faizi birinci, 82,89 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ