RU
Türkiyədə daha bir ağır qəza, 19 yaralı - Fotolar
21:46
146

Türkiyədə daha bir ağır qəza, 19 yaralı - Fotolar

Türkiyənin Kayseri vilayətinin Sarız rayonunda mikroavtobus dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 19 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda polis, təcili yardım heyəti və xilasedicilər cəlb olunub.

 

Bildirilib ki, mikroavtobusdakı sərnişinlər "Quran” kursu tələbələri olub və İstanbula gəzməyə gedirmişlər.

Yaralılar Pınarbaşı Dövlət Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olanlar helikopter ambulansla vilayət mərkəzindəki xəstəxanalara göndərilib./qafqazinfo

 

 



7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ