RU
Türkiyədə dəhşətli hadisə: 2 yaşlı uşaq qaynar suya düşdü
13:30
26

Türkiyədə dəhşətli hadisə: 2 yaşlı uşaq qaynar suya düşdü

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda azyaşlı uşaq bədbəxt hadisənin qurbanı olub.
 
7News.Az Türkiyə mətbuatlna istinadən xəbər verir ki, 2 yaşlı Alparslan A. yaşadığı evdə sobanın üzərində qaynadılmış su ilə dolu vedrəyə yıxılıb.

Hadisə nəticəsində uşağın bədəninin böyük bir hissəsində ciddi yanıq xəsarətləri əmələ gəlib.
 
Ailə üzvlərinin müdaxiləsindən sonra azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda azyaşlının müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ