50-yə yaxın FETÖ-çu saxlanıldı
Türkiyədə terror əleyhinə əməliyyatlar davam edir.
Türkiyənin Samsun şəhərində keçirilənə məliyyat nəticəsində 20 müəllim saxlanılıb. Onlar FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli biliniblər. Saxlanılanlar Ədliyyə Nazirliyinin qərarı ilə məhkəməyə göndəriliblər. Məhkəmədə dindirilən müəllijmlərdən 2 nəfər nəzarət altında olmaq şərtilə azad buraxılıb. 14 müəllim isə həbs edilib. 4 müəllim barəsində isə növbəti məhkəməyə qədər müvəqqəti saxlanma təcridxanasında qalmaları barədə qərar qəbul edilib.
Türkiyə polisi digər əməliyyatı Türkiyənin Düzcə bölgəsində keçirib. Burada FETÖ terror təşkilatı ilə əlaqəli olan 20 nəfər saxlanılıb. Saxlanılanlar məhkəməyə verilib. Məhkəməyə verilənlərdən 14-ü müəllim, 1 din nümayəndəsi, 5 nəfər isə terrorla birbaşa bağlı şəxs olub.
Digər əməliyyat isə Türkiyənin Uşak şəhərində keçirilib. Əməliyyat zamanı FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 15 nəfər saxlanılıb. Saxlanılanlar Ədliyyə Nazirliyinin qərarı ilə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə saxlanılanlardan 5 nəfəri şərti azadlığa buraxılıb. Digər 10 nəfər isə həbs ediliblər.
Qeyd edək ki, ötən həftə də Türkiyənin Uşak şəhərində FETÖ terrorçuları ilə əlaqədə şübhəli bilinən 17 nəfər saxlanılmışdı. Saxlanılanlardan 16-sı isə müəllim idi./olke.az
7news.Az








