RU
Türkiyədə mikroavtobus aşıb, ölənlər və yaralananlar var
12:50
185

Türkiyədə mikroavtobus aşıb, ölənlər və yaralananlar var

Türkiyənin Konya bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

7NEWS.Az xəbər verir ki, məlumatı "Hurriyet” yayıb.

Qəza iyulun 6-da səhər saatlarında Konyanın İlgın rayonunun Böyükoba məhəlləsi yaxınlığında baş verib.

Yaralılar hospitala yerləşdirilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ