RU
Türkiyədə müzakirələrə səbəb olan Elmalı işi ilə bağlı yeni qərar verildi
22:20
425

Türkiyədə müzakirələrə səbəb olan Elmalı işi ilə bağlı yeni qərar verildi

Türkiyədə Antalyanın şəhərinin Elmalı mahalında azyaşlı bacı-qardaşın cinsi istismara məruz qalması ilə bağlı yeni qərar verilib.

"Ölkə.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Barolar Birliyi məlumat yayıb. Qurumun sədri Mətin Feyzioğlu uşaqların anası Merve A. adına açılan instaqram səhifəsinin bağlanması üçün tvitterə müraciət etdiklərini deyib.

Qeyd olunub ki, bu qərar Elmalı işi dosyesində yer alan bəzi məlumatların yayımlanmaının qarşısını almaq məqsədilə verilib.

"Elmalı işində uşaqlarını istismar edilən ananın yetkinlik yaşına çatmayanların ən gizli məlumatlarını və müayinə nəticələrini tvitterdə özünümüdafiə adı ilə paylaşımına Türkiyə Barolar Birliyinin ötən gecə etdiyi müraciət nəticəsində girişməhdudiyyəti qoyulub” – məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə ötən il prokurorluğa gedən nənə (ata nənəsi) G.S. o dövrdə 6 və 9 yaşında olan iki nəvəsinin cinsi istismara məruz qaldığını deyib. Prokurorluq nənələrinin yanında qalan ibtidai sinif şagirdi qızla özündən böyük qardaşının ifadəsini alıb. Uşaqlar ögey ataları və anaları ilə münasibətdə olan 4 nəfər tərəfindən cinsi istismara məruz qaldıqlarını açıqlayıb.

Azyaşlılar həmçinin ana nənəsi və dayısı tərəfindən döyüldüklərini bildiriblər. Cinsi istismarda adı hallananlardan biri də uşaqların dayısıdır.

Kiçik qızla qardaşı başlarına gələnləri həmçinin rəsm formasında da çəkiblər. Həmin rəsmlər sübut kimi məhkəməyə təqdim edilib.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ