RU
Türkiyədə nazirin biznesmen qohumu
12:48
948

Türkiyədə nazirin biznesmen qohumu

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın əmisi oğlu, iş adamı Fatih Mehmet Kılıç öldürülüb.

7News.Az-ın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, iş adamının meyiti İstanbuldakı meşəlik ərazidə aşkarlanıb. Hadisə yerinə gələn polisin araşdırmaları əsasında F. M. Kılıçın odlu silahdan açılan atəşlə boyun nahiyəsindən vurularaq öldürüldüyü məlum olub.

Məlumatda bildirilir ki, o, 700 min lirəyə obyekt satın almaq üçün iş görüşünə gedib. Ərazidə olan kamera görüntülərindən onun görüşdüyü Mətin adlı şəxs saxlanılıb, hadisənin digər iştirakçısı və Salimin tutulması istiqamətində əməliyyat davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ