İstanbul şəhərinin Küçükçekmece rayonunda partlayış olub.
7news.Az "Hurriyet”ə istinadən verdiyi məlumata görə, şirniyyat mağazalarından birində baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 7 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Partlayışın qaz sızmazına görə baş verdiyi ehtimal olunur.
7news.Az








