RU
Türkiyədə sel qurbanlarının sayı 38 nəfərə çatıb - YENİLƏNİB
22:46
261

Türkiyədə sel qurbanlarının sayı 38 nəfərə çatıb - YENİLƏNİB

 

Türkiyədə sel fəlakəti nəticəsində Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter" səhifəsində yazıb.

Nazir selin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasından 56 xəstənin Sinop şəhər xəstəxanasına köçürüldüyünü qeyd edib. Kastamonuda isə 228 nəfar selin təsirinə məruz qaldığını, hazırda onlardan 12-nin xəstəxana şəraitində müalicə olunduğunu bildirib.

 ----
 

Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər ölüb.

Bununla da ölənlərin sayı 31-ə çatıb.

Belə ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə bir nəfərin itkin düşdüyü deyilir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ