RU
Türkiyədə sel fəlakətində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
23:45
1282

Türkiyədə sel fəlakətində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə sel qurbanlarının sayının 17-yə çatdığını açıqlayıb. 
 
------
 

Türkiyənin şimal rayonlarında sel fəlakətində ölənlərin sayı 11-ə yüksəlib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, sel sularından Kastamonu vilayətində 8 nəfər, 2 nəfər isə sürüşmə zamanı həyatını itirib. Sinopda bir nəfər sel fəlakətinin qurbanı olub.

Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.

***

16:07

Türkiyənin Kastamonu vilayətində sel fəlakətində ölənlərin sayı artıb.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbərinə görə, fəlakətdə ölənlərin sayı 9-a çatıb. Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.

***

14:46

Türkiyənin Kastamonu vilayətində sel fəlakətində ölənlərin sayı 6-ya çatıb.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbərinə görə, Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.

AFAD-dan bildirilib ki, 7-11 avqustda güçlü yağışlar Türkiyənin şimalında yerləşən vilayətlərdə, xüsusilə Bartın, Sinop, Kastamonuda sel, daşqın, dağıntılara və itkilərə səbəb olub.

Bartında bir nəfər itkin düşüb, bir nəfər isə ürək tutmasından ölüb.

Meteoroloqlar Türkiyənin qərbi Qaradəniz bölgəsinə yağıntının bu gün axşam saatlarında kəsiləcəyini proqnozlaşdırırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaradənizin qərb istiqamətindəki rayonlarda baş verən sel fəlakətilə əlaqədar bütün dövlət qurumlarının səfərbər olunduğunu bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ