RU
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var
10:27
24

Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var

Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şossesində maneələrə çırpılıb və daha sonra yanıb.

7News.Az "TRT Haber"ə istinadla xəbər verir ki, nəticədə sürücü də daxil olmaqla 8 nəfər ölüb, 33-ü xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Məlumata görə, İzmirdən Antalyaya gedən avtobusda 38 sərnişin və 3 heyət üzvü olub.

Qəza səbəbindən Dənizli istiqamətində yol təxminən 4 saat nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Yanmış avtobus götürüldükdən sonra yol yenidən açılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ