Türkiyədə terrorçu PKK qruplaşması ilə əlaqədə şübhəli bilinən 58 nəfər həbs edilib.
Terrorçularla əlaqədə şübhəli bilinən 75 nəfərin tutluması istiqamətində 74 üvanda eyni zamanda əməliyyat keçirilib. Onların 58-i həbs edilib. Şübhəlilər Türkiyədə yaxın günlərdə bombalı, silahlı, molotovkokteylli terror aktları keçirməyi planlaşdırıblar.
Məlumatda bildirilib ki, axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı evlərdən tapança, tüfəng, narkotik maddə, güllə, fişəng, benzin, terrorçu qruplaşmaya aid çoxlu sayda kitab, jurnal, qəzet, sənəd, rəqəmsal avadanlıq aşkar edilərək götürülüb. /report
7news.Az








