RU
Türkiyədəki gücü zəlzələ nəticəsində üç bina qismən çöküb, xəsarət alanlar var
14:19
16

Türkiyədəki gücü zəlzələ nəticəsində üç bina qismən çöküb, xəsarət alanlar var

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Bu barədə Malatya Valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

12.47
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ